Haqqımızda

team-img

Biz Kimik?

"Telekom İnvest" MMC 2007-ci ildən bəri Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sahəsində uğurla fəaliyyət göstərən aparıcı operatorlardan biridir. Hal-hazırda "Telekom İnvest"in iki böyük biznes şəbəkəsi var:

1) Motorola Solutions məhsullarının təminatı;

2) İnternet- provayderliyi.

İnternet provayderi kimi Telekom İnvestin 12000-ə yaxın müştərisi var və bu rəqəm ən son informasiya texnologiyalarını araşdıraraq əhatə dairəmizi genişləndirdiyimiz üçün hər gün artır. Trank rabitəsi üçün Azərbaycan Respublikasının İqtisad Nazirliyindən alınan rəsmi lisenziyaya uyğun olaraq müştərilərə aşağıdakı xidmətləri təklif edirik:

— Naqilsiz rabitə avadanlıqlarının satışı;

— Naqilsiz rabitə vasitələri üçün aksessuarların satışı;

— Avadanlıqların icarəsi;

— Radio tezliklərin ayrılmasına dəstək;

— Radio tezlik və radiorabitə avadanlıqlarının istifadəsi üçün sənədlərin hazırlanması və icazə alınmasına kömək;

— Şirkətin mütəxəssisləri tərəfindən peşəkar konsultasiya.

"Motorola Solutions"-ın rəsmi distrübyuteri olaraq, bu məhsulları təklif edirik:

— Tetra avadanlıqları;

— Mototrobo şəbəkəsi;

— Walkie-Talkie;

— Radiostansiyalar üçün Aksesuarlar.

team-img

Bizim haqqımızda

Telekom İnvest Azərbaycandakı ən böyük naqilsiz rabitə və İT şirkətidir. 11 il ərzində uğurla tamamlanmış bir çox layihələr həyata keçirmişdir. Şirkətin əsas hədəfi mükəmməl sistem yaradaraq bütün layihələrə, idarəetmə proqramlarından əməliyyatlara və bütün sistemə nəzarət etməkdir. Eyni zamanda, Telekom İnvest İSP biznes üçün ödəniş sistemi yaratmışdır.
Telekom İnvest naqilsiz rabitə və informasiya texnologiyaları ilə bağlı bütün sənaye sahələrində xidmətlər göstərir. Telekom İnvest Azərbaycandakı böyük layihələrə xidmət etmişdir:

—Bakı 2015 —Bakı 2017 —Formula 1 Bakı

Telekom İnvest, internet təminatı üçün müasir texnologiyaların tətbiqini həyata keçirir və öz peşəkar komandası ilə müştəri məmnuniyyətini daha da artırır. Şirkətin əsas missiyası yeni texnologiyalara ayaq uydurmaq və yüksək səviyyədə müştərilərə xidmət göstərməkdir. Telekom İnvest xarici şirkətlərlə güclü tərəfdaşlıq əlaqəsinə malikdir və bu öz növbəsində sabit və etibarlı biznes əlaqəsinə gətirib çıxarır.