Menyu
2007-ci ildən fəaliyyətdə

Etibarlı İnternet və Rabitə Həlləri

2007-ci ildən Azərbaycanda yüksək keyfiyyətli fiber optik internet və Motorola radiokommunikasiya xidmətləri.

19+
İllik Təcrübə
20,000+
Məmnun Müştəri
100
Mbit/s Sürət
24/7
Texniki Dəstək
Etibarlı tərəfdaşınız

Haqqımızda

Telekom İnvest MMC 2007-ci ildən fəaliyyət göstərən, Azərbaycanın aparıcı telekommunikasiya şirkətlərindən biridir. Biz fiber optik internet xidmətləri və Motorola radiokommunikasiya avadanlıqlarının satışı ilə məşğuluq.

Missiyamız: Müştərilərimizə ən yüksək keyfiyyətli internet və rabitə xidmətləri təqdim edərək, onların həyatını asanlaşdırmaq və işlərini daha səmərəli etmək.

İqtisadiyyat Nazirliyi tərəfindən magistral rabitə üçün lisenziyalı
Cəmiyyətin Siyasəti (İSO 9001)
19+
İllik təcrübə
20K+
Müştəri
2007
Təsis ili
11-50
Əməkdaş
Keyfiyyətin İdarəolunması Sistemi (KİS)

Cəmiyyətin Siyasəti

İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq təsdiq edilmiş rəsmi siyasət sənədi.

Sənəd №:TİN-KİS-F-001
Reviziya:№ 08
Tarix:12 Yanvar 2026
İSO 9001:2015
Rəsmi Sənəd Nüsxəsi
504 KB • PDF
Sənədin üzərinə kliklədikdə fayl avtomatik kompüterinizə yüklənir.
Rəsmi Siyasət Bəyannaməsi

“TELEKOM İNVEST” MMC-nin KEYFİYYƏT SAHƏSİNDƏ SİYASƏTİ

“Telekom İnvest” MMC-nin (bundan sonra “Cəmiyyət”) Keyfiyyət Siyasətinin əsas məqsədi Cəmiyyətin strateji məqsədlərinə nail olunmasını dəstəkləyən, müştərilərin və digər maraqlı tərəflərin tələblərini nəzərə alan effektiv Keyfiyyətin İdarəolunması Sisteminin (KİS) tətbiqini, qorunub saxlanılmasını və davamlı təkmilləşdirilməsini təmin etməkdir.

Cəmiyyət telekommunikasiya və əlaqəli texnoloji həllər, məhsul və xidmətlər sahəsində fəaliyyət göstərərək, müasir tələblərə, tətbiq olunan qanunvericilik və digər normativ tələblərə, müqavilə öhdəliklərinə, habelə müştərilərin və digər maraqlı tərəflərin gözləntilərinə uyğun keyfiyyətli məhsul və xidmətlərin təqdim edilməsini əsas fəaliyyət prioritetlərindən biri hesab edir. Bu məqsədlə Cəmiyyət aşağıdakı prinsipləri və öhdəlikləri rəhbər tutur:

Əsas Prinsiplər və Öhdəliklər

Cəmiyyətin rəhbər tutduğu 7 əsas strateji istiqamət

#1
İSO 9001 tələblərinə uyğunluq

Standartın tələblərinə uyğun Keyfiyyətin İdarəolunması Sistemini qoruyub saxlamaq və onun effektivliyini davamlı olaraq təkmilləşdirmək.

#2
Müştəri məmnuniyyəti

Müştərilərin ehtiyac və gözləntilərini müəyyən etmək, onların məmnuniyyətini mütəmadi qiymətləndirmək, rəyləri və təklifləri təhlil etmək və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirmək.

#3
Qanunvericilik və digər tələblərə uyğunluq

Cəmiyyətin fəaliyyətinə tətbiq olunan qanunvericilik, normativ-hüquqi aktlar, müqavilə öhdəlikləri və digər müvafiq tələbləri müəyyən etmək, nəzərə almaq və onlara riayət olunmasını təmin etmək.

#4
Keyfiyyət məqsədlərinin müəyyən edilməsi və monitorinqi

Cəmiyyətin strateji istiqamətləri və bu Siyasətə uyğun ölçülə bilən keyfiyyət məqsədləri müəyyən etmək, onların icrasını mütəmadi izləmək, nəticələri qiymətləndirmək və zəruri hallarda təkmilləşdirici tədbirlər həyata keçirmək.

#5
Risk və imkanların idarə olunması

Cəmiyyətin fəaliyyətinə təsir göstərə biləcək daxili və xarici amilləri, riskləri və imkanları müəyyən etmək, qiymətləndirmək və idarə etmək. Geosiyasi, texnoloji, iqtisadi, bazar və digər dəyişikliklərin, həmçinin iqlim dəyişikliyinin Cəmiyyətin fəaliyyətinə və KİS-in nəticələrinə mümkün təsirlərini nəzərə almaq.

#6
Maraqlı tərəflərlə effektiv əməkdaşlıq

Müştərilər, əməkdaşlar, təchizatçılar, vendorlar, tərəfdaşlar və digər maraqlı tərəflərlə şəffaf, effektiv və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək.

#7
Peşəkarlıq və kompetensiyanın inkişafı

Əməkdaşların vəzifələrini effektiv şəkildə yerinə yetirmələri üçün zəruri kompetensiyaları müəyyən etmək, onların bilik və bacarıqlarının davamlı inkişafını təmin etmək, müvafiq təlim və inkişaf proqramlarını həyata keçirmək.

Təsdiq edirəm: “Telekom İnvest” MMC
Sənəd №: TİN-KİS-F-001

Reviziya: № 08 | Reviziya tarixi: 12.01.2026

Faylı Yüklə
Peşəkar həllər

Xidmətlərimiz

Telekommunikasiya sahəsində iki əsas istiqamətdə xidmət göstəririk

Əsas xidmət

İnternet Xidmətləri

Yüksək sürətli fiber optik internet xidmətlərimiz ilə kəsilməz əlaqə təmin edirik.

  • Fiber Optik İnternet (FTTH)
  • Active Ethernet Texnologiyası
  • 20,000+ məmnun müştəri
  • Fərdi və korporativ xidmətlər
  • 24/7 texniki dəstək
  • Yüksək sürət və stabillik

Motorola Solutions

Motorola-nın rəsmi distribütoru olaraq peşəkar radiokommunikasiya həlləri təqdim edirik.

  • TETRA avadanlıqları
  • MOTOTRBO rəqəmsal radio
  • Walkie-Talkie cihazları
  • Radio aksessuarlar
  • Satış və icarə xidmətləri
  • Lisenziya dəstəyi
Sizin üçün ideal tarif

İnternet Paketləri

Fiber optik internet paketlərimiz ilə yüksək sürət və stabillik əldə edin

Populyar

Fiber 100

100Mbit/s
25AZN/ay
  • Limitsiz internet
  • 100 Mbit/s yükləmə sürəti
  • 100 Mbit/s göndərmə sürəti
  • Pulsuz quraşdırma
  • 24/7 texniki dəstək
  • Aylıq ödəniş

Daha çox paket

Yeni paketlər tezliklə əlavə olunacaq

Tezliklə
Fiber Optik (FTTH) texnologiyası - Ən yüksək sürət və stabillik
Yeniliklər və Elanlar

Xəbərlər

Telekom İnvest və telekommunikasiya sektoru üzrə ən son xəbərlər və rəsmi elanlar

Rəsmi distribütor

Motorola Məhsulları

Motorola-nın rəsmi distribütoru olaraq peşəkar radiokommunikasiya avadanlıqları təqdim edirik

Satış

Motorola radiokommunikasiya avadanlıqlarının rəsmi satışı.

İcarə

Qısa və uzunmüddətli icarə xidmətləri tədbir və layihələr üçün.

Lisenziya

Radio tezlikləri üçün lisenziya əldə etməkdə dəstək.

Texniki dəstək

Peşəkar quraşdırma və texniki xidmət.

TETRA MTP3550TETRASeçilmiş

TETRA MTP3550

Peşəkar istifadə üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli TETRA radiostansiyası.

GPSBluetoothSu keçirməz
TETRA MTP6000TETRA

TETRA MTP6000

Ən çətin şəraitlərdə belə etibarlı rabitə təmin edən premium TETRA cihazı.

Şifrələnmiş rabitəGeniş əhatəZərbəyə davamlı
MOTOTRBO DP4800eMOTOTRBOSeçilmiş

MOTOTRBO DP4800e

Rəqəmsal radio rabitəsi üçün ideal həll. Yüksək səs keyfiyyəti və genişlənmiş əhatə.

Rəqəmsal səsMətn mesajlarıGPS izləmə
MOTOTRBO SL2600MOTOTRBO

MOTOTRBO SL2600

İncə dizaynlı, peşəkar görünüşlü rəqəmsal radio cihazı.

Nazik dizaynBluetoothUzun iş müddəti
Motorola T82 ExtremeWalkie-TalkieSeçilmiş

Motorola T82 Extreme

Açıq havada istifadə üçün ideal. Su və toza davamlı walkie-talkie.

10 km əhatəSu keçirməzFənər funksiyası
Motorola TLKR T92 H2OWalkie-Talkie

Motorola TLKR T92 H2O

Ekstremal şəraitlər üçün nəzərdə tutulmuş dayanıqlı walkie-talkie.

Üzən dizaynFövqəladə siqnalLED işıq
BatareyaAksesuar

Batareya

Orijinal Motorola batareyaları - uzun ömürlü və etibarlı.

Yüksək tutumSürətli şarj
Şarj cihazıAksesuar

Şarj cihazı

Çoxlu şarj stansiyaları və fərdi şarj cihazları.

Sürətli şarjLED göstərici

Məhsullar haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Etibarlı əməkdaşlıq

Tərəfdaşlarımız

Aparıcı şirkətlər bizə etibar edir

BP Azerbaijan

BP Azerbaijan

2014-ildən bəri
UEFA BAKU FINAL 2019

UEFA BAKU FINAL 2019

Saipem Azerbaijan

Saipem Azerbaijan

Azərbaycan Golf Federasiyası

Azərbaycan Golf Federasiyası

BP
UF
SP
GF
və daha çox şirkət bizə etibar edir
10+
İl əməkdaşlıq
4+
Strateji tərəfdaş
100%
Müştəri məmnuniyyəti
Bizimlə əlaqə saxlayın

Əlaqə

Suallarınız üçün bizimlə əlaqə saxlayın

İndi zəng edin

Bizim mütəxəssislərimiz sizə kömək etməyə hazırdır

Ünvan

Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllə, ev 20, 2-ci mərtəbə, Bakı, AZ1065

İş saatları

Bazar ertəsi - Cümə: 09:00 - 18:00