İnternet Servis Xidmətləri

serv-img

İP Televiziya xidməti

Telekom İnvest istifadəçilərə İPTV xidmətinə qoşularaq 150 televiziya kanalını rahat izləmək imkanı yaradır. Bununla yanaşı, abunəçilər 2-4 Mbit/s internet tarifindən istifadə edərək İPTV xidmətlərindən yararlana bilirlər. 6-10 Mbit/s internet tarifindən istifadə edən abunəçilərimiz bizim Full HD izləmək imkanları əldə edirlər.

Abunəçi eyni zamanda, cihazı quraşdırmadan təkcə qeydiyyatdan keçərək İnternet və Mobil əlavəsi ilə İPTV xidmətlərindən yararlana bilər. Xidmətdən eyni internet şəbəkəsinə qoşulmuş 3 cihazda (TV, Smartphone və Tablet) istifadə etmək mümkündür. Smart TV vasitəsi ilə bütün multimedia resurslarımızdan sərbəst şəkildə yararlana bilərsiniz.

serv-img

Fiber-optik xətlə İnternet – keyfiyyətli kommunikasiyanın yeni səviyyəsi

Telekom İnvest, yüksək keyfiyyətli və etibarlı İnternet bağlantısı təmin etmək üçün birbaşa fiber-optik kabellə ünsiyyəti təklif edir. Fiber-optik kabellə internetə qoşulan müştərilərin bir çox üstünlükləri vardır.

serv-img

Fiber-optik kabellə internetə necə qoşulmaq olar?

Fiber-optik kabellə internetə qoşulma haqqında olan bütün narahatlığınıza Telekom İnvestlə son qoyun. Təcrübəli mütəxəssislərimiz birbaşa binanın və ya ofisin fiber-optik kabellə İnternet şəbəkəsinə qoşulmasını həyata keçirəcək və xidmətin tam işləməsi üçün bütün zəruri tədbirləri yerinə yetirəcəklər.

Müştərilərimizə münasib qiymətə fiber-optik İnternet və yüksək keyfiyyətli xidmət təklif edirik. Daha ətraflı məlumat almaq və ya xidmətə qoşulmaq üçün [email protected] ünvanına yaza və ya 404-80-02 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

serv-img

Telefon Xidməti

Telekom Invest şirkəti öz şəbəkəsində olan internet istifadəçilərinə 404 və 525 ATS üzərindən İP telefoniya xidməti göstərir.İP telefoniya zəng edən abonentin nömrəsinin göstərilməsi, zənglərin avtomatik yönləndirilməsi və s. bu kimi müasir telefoniyanın funksiyalarından istifadə etmək imkanı verən yüksək keyfiyyətli rəqəmsal telefoniyadır.

Telekom İnvest Azərbaycanın ən yaxşı telefon rabitəsi xidməti göstərən servis Provayderlərindən biridir.Yerli telefon xidmətləri üçün Telekom İnvest şirkətinin qiymətləri çox münasibdir. Qiymətlərlə və ya sizi maraqlandıran digər xidmətlərlə bağlı əlavə məlumatları şirkətlə əlaqə saxlayaraq öyrənə bilərsiniz.